Oxuyan hər yerdə oxuyar | Kosmosda dissertasiya müdafiə etdi

 Oxuyan hər yerdə oxuyar |    Kosmosda dissertasiya müdafiə etdi
  09 Fevral 2025    Oxunub:976
Rusiya kosmonavtı və Milli Qəhrəmanı, Prezident Akademiyasının tələbəsi İvan Vaqner dünyada ilk dəfə Beynəlxalq Kosmik Stansiyada magistr dissertasiyasını müdafiə edib.
Bu barədə yerli mətbuata universitetin rektoru Aleksey Komissarov məlumat verib.

Onun sözlərinə görə, "Vaqnerin dissertasiyası kadr seçiminin təkmilləşdirilməsi yolu ilə dövlət sektoru təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlib". Magistrant öz işində Yuri Qaqarin adına Kosmonavtların Hazırlanması Mərkəzinin fəaliyyətini də təhlil edib.

Rusiyanın 123-cü, dünyanın 566-cı kosmonavtı olan Vaqner kosmosa ikinci dəfədir ki, səyahət edir və orbitdə 200 gün keçirəcək.

M. Həsənli
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti